Əməkhaqqı saatla hesablanacaq: Yeni sistem kimlərə aid olacaq?
Far.Az xəbər saytı

Əməkhaqqı saatla hesablanacaq: Yeni sistem kimlərə aid olacaq?


"Azərbaycanda saatlıq əməkhaqqı sistemi yeni iş imkanları yarada bilər".

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu fikirləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev rəhbəri olduğu komitənin bugünkü iclasında deyib.

O bildirib ki, saatlıq minimum əməkhaqqı kənd təsərrüfatı, yaşayış, turizm, məişət, daşıma xidmətləri və İT sektorunda çalışan işçilərin əməyinin ödənilməsində bərabər və ədalətli yanaşmanı təmin edə bilər:

"Saatlıq əməkhaqqının tətbiqi azyaşlı uşaqları olan qadınların, tələbələrin və pensiyaçıların əmək bazarına çıxışını stimullaşdıran iş rejimi olmaqla yanaşı, qeyri-formal məşğulluğun rəsmiləşdirilməsinə imkan verən sosial alət kimi də əhəmiyyət daşıyır. Saatlıq əməkhaqqının minimum məbləğinin minimum əməkhaqqının bir saata düşən məbləğindən az ola bilməyəcəyi də təsbit olunub".

Onun sözlərinə görə, Nazirlər Kabineti saatlıq əməkhaqqının tətbiq ediləcəyi iqtisadi fəaliyyət növlərinin siyahısını müəyyən edəcək:

"Əmək müqaviləsi bir aydan az müddətə bağlandıqda və ya həftəlik iş vaxtı 20 saatdan çox olmadıqda əməyin ödənilməsində saatlıq əməkhaqqı sistemindən istifadə ediləcək".

Oxşar xəbərlər

Şəkinin turizm xəzinəsi: Tarixi abidələrdən sənətkarlığa qədər
Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Deputat: "Saatlıq əməkhaqqı sistemi yeni iş imkanları yarada bilər"
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər