Cəbrayıl sakini: Biz müharibə görmüşük, övladlarımız görməsin
Far.Az xəbər saytı

Cəbrayıl sakini: Biz müharibə görmüşük, övladlarımız görməsin


Biz müharibə görmüşük, övladlarımız görməsin.

“Far.Az” xəbər verir ki, bunu Cəbrayıl sakini, keçmiş məcburi köçkün Vəli Şıxıyev deyib.

O, əbədi sülhlə bağlı arzularını dilə gətirib: “Cəbrayıla böyük sevinc hissi ilə qayıdırıq. Allah Prezidentimizə uzun ömür bəxş etsin, şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Qoy yurdumuzda sülh, əmin-amanlıq olsun, bir daha müharibə görməyək”.

“Məcburi köçkünlük həyatımızda çətinliklər yaşamışıq. Şükür Allaha, indi Cəbrayıla qayıdırıq. Cəbrayılda əmin-amanlıq içində yaşayacağıq”, - V.Şıxıyev deyib.

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb. Bu mərhələdə Cəbrayıl şəhərinə daha 37 ailə - 212 nəfər köçürülüb.

Doğma yurda qayıdan Cəbrayıl sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 minə yaxın insan yaşayır.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Daha 32 ailə Cəbrayıl şəhərinə köçürülüb - YENİLƏNİB
Cəbrayıl şəhərində 39 ailəyə mənzillərin açarları təqdim edilib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər