Bəhreyn Krallığı APA sədrliyinə namizədliyini irəli sürmək niyyətindədir
Far.Az xəbər saytı

Bəhreyn Krallığı APA sədrliyinə namizədliyini irəli sürmək niyyətindədir


Bəhreyn Krallığı Asiya Parlament Assambleyasının (APA) sədrliyinə namizədliyini irəli sürmək niyyətindədir.

“Report” xəbər verir ki, bunu Bəhreyn Krallığı Şura Məclisinin sədri Əli Saleh Abdulla Əlsaleh APA-nın Azərbaycanın sədrliyi ilə Bakıda keçirilən 15-ci plenar sessiyasının açılış mərasimində deyib.

O qeyd edib ki, APA müasir qlobal sistemdə Asiya xalqlarının səsi olmalıdır:

"Bu səbəblə biz sədrliyə namizədliyimizi irəli sürməyi planlaşdırırıq. Bəhreyn Krallığı bu məsələdə çox həvəslidir və ümid edirəm ki, belə bir fürsət əldə edərək APA-ya öz töhfəmizi vermək imkanımız olar".

Oxşar xəbərlər

Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər