Səfir: Azərbaycan və Türkiyə kimi sıx əlaqədə olan başqa dövlət yoxdur
Far.Az xəbər saytı

Səfir: Azərbaycan və Türkiyə kimi sıx əlaqədə olan başqa dövlət yoxdur


Azərbaycan və Türkiyə kimi sıx əlaqədə olan başqa dövlət yoxdur.

“Report” xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün “Azərbaycan və Türkiyə arasında media sahəsində strateji əməkdaşlıq haqqında anlaşma memorandumun 5 ili - Birgə fəaliyyətə baxış, gələcək hədəflər” adlı dəyirmi masada çıxışı zamanı deyib.

Səfir hər iki ölkənin əlaqələrinin nə qədər sıx olduğunu son iki həftədə şahidi olduğunu bildirib: "Bu qədər sıx əlaqədə olan başqa dövlət yoxdur".

"Dostlara və ittifaqlara güvən məsələsi bizim coğrafiyamız üçün önəmlidir. Prezidentlər arasındakı bu əlaqələr gələcək üçün ümid və potensial vəd edir. Bizim qardaşlığımızda hesab-kitab olmaz. Bu səbəbdən bir-birimizə iki qardaş deyirik. Çünki Türkiyədəki zəlzələdəki acını Azərbaycan qədər hiss edən olmadı. Dünən və bu gün olduğu kimi, bundan sonra da Türkiyə tam gücü ilə Azərbaycanın yanında olacaq. Vətən müharibəsi zamanı hər kəndin necə azad edildiyini böyük həyəcanla izlədik və medianın dezinformasiyalara qarşı necə mübarizə apardığını gördük. Bu baxımdan media dayanışması önəmlidir” - B.Akgün əlavə edib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər