Qarabağ və Şərqi Zəngəzurda məşğulluğun təminatı sahəsində görüləcək işlər müzakirə olunub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən işəgötürənlərlə növbəti görüş keçirilib.
Bu barədə BAKU.WS-ə Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, görüşdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Ağdam, Füzuli, Xocavənd, Cəbrayıl, Qubadlı, Zəngilan, Laçın rayonlarında Bərpa, Tikinti və İdarəetmə xidmətlərinin, SOCAR, "Azərbaycan Hava Yolları" QSC, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, "Təmiz Şəhər" ASC, "Azərişıq" ASC, "Azərenerji" ASC, "Tikinti İşlərinə Texniki Nəzarət Xidməti" MMC və "AS İnşaat" MMC-nin nümayəndələri iştirak ediblər.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli Böyük Qayıdışa dair Dövlət Proqramı çərçivəsində görülən işlərdən danışıb, işğaldan azad edilmiş ərazilərdə icra olunan məşğulluq proqramlarının mütəmadi olaraq genişləndirildiyini qeyd edib. O, məşğulluq proqramlarının uğurlu icrasında, həmin ərazilərdə məşğulluq səviyyəsinin artırılmasında işəgötürənlərlə fəal əməkdaşlığın önəmini diqqətə çatdırıb.
Həmin ərazilərə köçürülən və köçürülməsi nəzərdə tutulan vətəndaşların məşğulluğunun təmin olunması üçün işəgötürənlərlə görülən işlərin nəticələri, bu istiqamətdə onlarla birgə görüləcək işlər, qarşıda duran vəzifələr müzakirə olunub.
Qalereya
Oxşar xəbərlər
Vətən müharibəsinin başlamasından 4 il ötür
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Zülmətdən işığa çıxan Qarabağ: “Azərişığ”ın 10 illik uğur yolu
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
Bəhrəmtəpə hidroqovşağında təmirə görə İmişlidə suarma kanallarına suyun verilməsi dayandırılacaq
-
Ağstafada sursat partlayışı nəticəsində xəsarət alan şəxsin durumu açıqlanıb
-
Şotlandiyada minlərlə insan Sİ üçün data-mərkəzlərin tikintisinə qarşıdır
-
INL: Qərbi Balkanın cinayət şəbəkələri ABŞ vətəndaşları üçün təhlükə yaradır
-
Ammar Baxşalıyev batut gimnastikası üzrə dünya çempionatının finalına yüksəlib













