Qərbi Azərbaycan Xronikası: And erməni mənbələrində niyə Hand kimi qeyd edilir?
Far.Az xəbər saytı

Qərbi Azərbaycan Xronikası: And erməni mənbələrində niyə Hand kimi qeyd edilir?


Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə "Baku TV"də "And erməni mənbələrində niyə Hand kimi qeyd edilir?" adlı süjet hazırlanıb.

Far.Az xəbər verir ki, süjetdə ermənilərin saxta addəyişmə terroruna məruz qalan Anağızoğlu, Anagüney, And, Angersak toponimi haqqında söz açılır.

Bildirilir ki, tarix boyu azərbaycanlılara qarşı etnik, dini və milli ayrı-seçkilik siyasəti yürüdən Ermənistan və onun rəhbərləri xəbis əməllərindən əl çəkməyərək addəyişmə əməliyyatlarını açıq şəkildə həyata keçiriblər.

Qərbi Azərbaycanın qədim ərazisində yerləşən bu toponimlər mənfur ermənilər daşı-daş üstündə qoymadığı, böyük həvəslə addəyişmə əməliyyatları aparmalarını təsdiqləyən faktlardır: "Lakin ermənilər türklərin tarixən və ruhən bağlı olduğu doğma yurdlara dönəcəyini unudublar. Əminik ki, bu qayıdış ermənilərin saxta əməllərinə və yalanlarına son qoyacaq".

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Oxşar xəbərlər

Xronika: "Əminik ki, bu qayıdış ermənilərin saxta əməllərinə və yalanlarına son qoyacaq"
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Qərbi Azərbaycan Xronikası: Alaçıq qaya erməni mənbələrində niyə “Alaçıx” göstərilir?
Qərbi Azərbaycan Xronikası: “Adı dəyişdirilib Azad və Kraşen qoyulan kənd”

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər