Təyyarədə qorxunc anlar - Cütlük ölən qadının cəsədi ilə 4 saat yanaşı uçdu
Far.Az xəbər saytı

Təyyarədə qorxunc anlar - Cütlük ölən qadının cəsədi ilə 4 saat yanaşı uçdu


Melburndan Doha vasitəsilə Venesiyaya uçan avstraliyalı cütlük Mitçel Rinq və Cennifer Kolin havaya qalxdıqdan dərhal sonra halı pisləşərək təyyarədə ölən qadının cəsədinin yanında uçmağa məcbur olublar.

Far.Az xarici mətbuata istinadən xəbər verir ki, Rinq və Kolin mərhumun yorğan-döşəyə bükülmüş cəsədinin yanında dörd saat keçirdiklərini bildirib.

Bildirilib ki, ekipaj cəsədi biznes sinfinə keçirməyə çalışıb, lakin mərhumun böyük bədən quruluşuna görə bu, nəticə verməyib.

Qeyd olunub ki, Kolin aerofobiyadan əziyyət çəkir. O, təyyarənin ekipajından heç kimin oturacaqları dəyişdirməyi və ya onlara hər hansı bir şəkildə kömək etməyi təklif etmədiyini söyləyib.

Cütlüyün biletlərini aldığı "Qatar Airways" və "Qantas" şirkətlərinin nümayəndələri hadisəni araşdırdıqlarını bildiriblər. 

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Cennifer Lopez Ben Afflekin ona aldığı 10 milyon dollarlıq nişan üzüyünü nə edəcək?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər