Hava ilə bağlı sürücülərə və piyadalara müraciət olunub
Far.Az xəbər saytı

Hava ilə bağlı sürücülərə və piyadalara müraciət olunub


Ötən gündən başlayaraq yağan qar paytaxtın küçə və prospektlərində, eləcə də respublika əhəmiyyətli avtomobil yollarında yenidən bir sıra çətinliklər yaradıb.

BAKU.WS xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin müraciətində deyilir.

Yollarda avtomobillərin sürüşmə ehtimalı

DYP-dən bildirilib ki, hazırda intensiv yağan qarın axşama doğru donması proqnozlaşdırılır, bu da yollarda avtomobillərin sürüşmə ehtimalını dəfələrlə artırır.

Səfərləri nə vaxt etmək tövsiyə olunur?

Baş Dövlət Yol Polisi İdarəsi ehtimal olunan təhlükələri nəzərə alaraq, bir daha sürücülərdən səfərlərini mümkün qədər günün işıqlı vaxtına planlaşdırmağı, zəruri ehtiyyat tədbirləri görməyi, qış mövsümünə uyğun təchiz edilməmiş nəqliyyat vasitələri ilə yola çıxmamağı, təcrübəsiz sürücülərdən sükan arxasına əyləşməməyi xahiş edir.

Piyadalar üçün təhlükələr

Bundan başqa, qeyd olunub ki, səkilərin qardan təmizlənmədiyini əsas gətirərək avtomobil yoluna çıxan piyadalardan isə özlərini və digər hərəkət iştirakçılarını təhlükəyə atmamaq, qarlı, buzlu yolda sürücülərə əlavə çətinliklər yaratmamaq, təhlükəsizlik qaydalarına qeyd-şərtsiz əməl etmək tələb olunur.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
DYP yolların buz bağlaması ilə bağlı sürücülərə çağırış edib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
DYP qeyri-sabit hava şəraiti ilə bağlı piyadaları ehtiyatlı olmağa çağırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər