Azərbaycanın güllə atıcısı Avropa çempionatında bürünc medal qazanıb
Far.Az xəbər saytı

Azərbaycanın güllə atıcısı Avropa çempionatında bürünc medal qazanıb


Azərbaycanın güllə atıcısı İslam Əjdərov Xorvatiyanın Osijek şəhərində keçirilən Avropa çempionatında bürünc medal qazanıb.

Azərbaycan Atıcılıq Feederasiyasından "Far.Az"a verilən məlumata görə, 18 yaşadək idmançıların mübarizəsində oğlanlar arasında dairəvi stend üzrə solo yarışlarda mübarizə aparan təmsilçimiz fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Yarış boyunca yüksək dəqiqlik və peşəkarlıq nümayiş etdirən İslam Əjdərov yarımfinal mərhələsində Macarıstan idmançısı Nimrod Peli ilə qarşılaşıb. Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışların yekununda idmançımız çempionatı bürünc medalla başa vurub.

Oxşar xəbərlər

Azərbaycan boksçuları İslamiadanı 6 medalla başa vurub
Azərbaycan boksçuları Avropa çempionatını 8 medalla başa vurub
Bakıdakı hərbi paraddan maraqlı FOTOLAR
AMEA-nın Rəyasət Heyətinin "gərgin" iclası
Leyla Əliyeva Şuşa məscidi üçün hazırlanmış dairəvi xalçanın kəsim mərasimində iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər