Rusiyada əxlaqsızlıq yuvasına basqın - ANBAAN GÖRÜNTÜLƏR
Far.Az xəbər saytı

Rusiyada əxlaqsızlıq yuvasına basqın - ANBAAN GÖRÜNTÜLƏR


Rusiyanın Sankt-Peterburq şəhərində polis əməkdaşları Nekrasova küçəsində yerləşən əxlaqsızlıq yuvasında basqın edib.

Far.Az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, mənzildə 50 yaşlı işçi və 41 yaşlı iki qadın saxlanılıb. Əvvəllər qadınların ən böyüyü fahişəliyə görə inzibati məsuliyyətə cəlb edilibmiş.

Polis əməkdaşlarının həyata keçirdikləri kompleks əməliyyat-axtarış tədbirləri zamanı Nekrasova küçəsi, bina 6-da geniş mənzildə fahişəlik yuvası müəyyən edilib. Polisin bildirdiyinə görə, əməliyyatçılar gələn zaman otaqda 41-50 yaşlarında üç qadın olub.

Fahişəxanadan bütöv bir qutu prezervativ, beş min rubl olan altı əskinas və beş mobil telefon götürülüb. Qanunu pozanların tutulması əməliyyatı zamanı polis əməkdaşlarından biri əsəbi halda qeyd edir: "Niyə onlar bu qədər azdır?" Faktla bağlı "Fahişəliyin təşkili" maddəsi ilə cinayət işi başlanıb.

Oxşar xəbərlər

Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Azərbaycan gömrükçüləri “yardıma ehtiyacı olan şəxs”i saxlayıb
Bir sıra heyvan kəsimi və ət satışı məntəqələrində nöqsanlar aşkarlanıb
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Rusiyanın 2025-ci il büdcə kəsiri 10 milyard dolları keçəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər