Yeddi otaqlı fərdi yaşayış evində yanğın olub
Qazaxda ikimərtəbəli fərdi yaşayış evində yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, "112" qaynar telefon xəttinə rayonun Əliağa Şıxlınski küçəsində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qazax rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 400kv.m. olan ikimərtəbəli fərdi yaşayış evində baş vermiş yanğın genişlənməsinə, o cümlədən bitişik evə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində yeddi otaqlı fərdi yaşayış evinin ikinci mərtəbəsində bir otağın tavanı və dam örtüyünün taxta atmaları 50 kv.m. sahədə yanıb.
Evin böyük hissəsi və bitişik ev yanğından mühafizə olunub.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Qazaxda üçotaqlı evdə yanğın olub
Sumqayıtda polietilen istehsalı sexində yanğın olub
Bakıda mebel və taxta materialları sexindəki yanğın tam söndürülüb - YENİLƏNİB-4
İmişlidə yanğın olub, yüzdən çox ev quşu tələf olub - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb
-
NYT: Ağ Evin yeni Aparat rəhbəri Trampı İranla müharibəyə son qoymağa çağırıb
-
Bakı metrosu bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
-
Türkiyədə qanunsuz mərc oyunlarına qarşı əməliyyat zamanı 90 nəfər həbs olunub
-
Azərbaycan neftinin qiyməti 107 dolları ötüb
-
ABŞ-İran münaqişəsinin başlanğıcından bəri Hörmüz boğazında azı 25 dənizçi həlak olub













