Ana söyüşünə görə tanışını bıçaqlayan gəncə şərti cəza verildi
Far.Az xəbər saytı

Ana söyüşünə görə tanışını bıçaqlayan gəncə şərti cəza verildi


Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Ayaz Lətifovun (soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

BAKU.WS Pravda.az-a istinadən xəbər verir ki, hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ona şərti cəza verilib.

İttihama görə, 2006-cı il təvəllüdlü Ayaz Lətifov 02 iyul 2024-cü il tarixdə, saat 16 radələrində metronun "Memar Əcəmi" stansiyasının yanında olarkən təsadüfən tanışı, zərərçəkmiş Elmir Dadaşovla (soyadı şərti) qarşılaşıb. Zərərçəkmiş şəxs ona yaxınlaşaraq əvvəlcədən aralarında baş vermiş mübahisə ilə əlaqədar söhbət etmələri məqsədilə "Moskva Ticarət Mərkəzi"nin arxasına dəvət edib. Sonra orada Elmirin təşəbbüsü ilə başlanmış mübahisə zamanı zərərçəkmiş onu yumruqla vurub. Bu zaman Ayaz əvvəlki mübahisə zamanı Elmirin onun anasının ünvanına nalayiq ifadələr işlətməsini də bəhanə edərək bıçaqla zərərçəkmişin bədən nahiyəsindən qəsdən vuraraq xəsarət yetirib.

Hadisədən sonra Ayaz Lətifov saxlanılaraq barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdi.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib - YENİLƏNİB
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib - YENİLƏNİB
Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin ittiham aktının nəticəvi hissəsinin elanı başa çatıb - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər