Azərbaycan boksçuları Monteneqrodakı beynəlxalq turnirə qatılacaqlar
Far.Az xəbər saytı

Azərbaycan boksçuları Monteneqrodakı beynəlxalq turnirə qatılacaqlar


Azərbaycan təmsilçiləri martın 3-də Monteneqronun Budva şəhərində start götürəcək gənc boksçular arasında "Adriatik incisi" beynəlxalq turnirində iştirak edəcəklər.

Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, milli həm oğlanların, həm də qızların yarışında mübarizə aparacaq.

Yığmanın baş məşqçisi Elbrus Rzayevlə Ceyhun Abiyev turnirdə Bilalhəbaşi Nəzərov (51 kq), Zidan Hümbətov (54 kq) və Məhəmməd Cəfərova (+92 kq) şans verəcək.

Qız boksçuların mübarizəsində isə məşqçi Anar Baxışovun rəhbərliyi altında Banuçiçək Nəsirli (48 kq), Cəmilə Sultanlı (50 kq), Özləm Həsənova (66 kq) və İlkanə Əhmədova (+81 kq) rinqə çıxacaq.

"Adriatik incisi"ndə Fərhad Rəhmanov hakimlər sırasında yer alacaq.

Qeyd edək ki, yarışa martın 2-də yollanacaq komanda ayın 10-da Bakıya dönəcək.

Oxşar xəbərlər

Ali məktəblərə qəbulun nəticələri açıqlanıb
Bu günün valyuta məzənnələri
Azərbaycan boksçuları Monteneqroda dünya çempionatında iştirak edəcəklər
Gənc boksçular arasında Azərbaycan birinciliyinin qalibləri müəyyənləşib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər