Alimlər nitqi necə başa düşdüyümüzü kəşf ediblər
Far.Az xəbər saytı

Alimlər nitqi necə başa düşdüyümüzü kəşf ediblər


Beynəlxalq alimlər qrupu insanın nitqi anlama qabiliyyətinin vahid bacarıq olmadığını, üç fərqli kognitiv mexanizmə əsaslandığını müəyyən edib. Nitq pozğunluğu olan insanların dil bacarıqlarını təhlil edərək, alimlər bu bacarıqların təbii olaraq üç kateqoriyaya bölündüyünü aşkar ediblər.

Far.Az xəbər verir ki, tədqiqatın nəticələri "npj Science of Learning" jurnalında dərc olunub.

Əvvəllər dilin insan intellektinin mərkəzi elementi olduğu güman edilirdi, lakin onun işləmə mexanizmləri tam aydın deyildi. Yeni araşdırma nitqin başa düşülməsi üçün üç fərqli yanaşmanın mövcudluğunu təsdiqləyib: sadə əmrlərin qavranılması, təsviri sözlərin (rənglər, ölçülər, rəqəmlər) anlaşılması və mürəkkəb cümlələrin mənimsənilməsi.

Tədqiqatçılar autizm, Daun sindromu və diqqət əskikliyi hiperaktivlik sindromu (DEHS) daxil olmaqla müxtəlif nitq pozğunluqları olan 18 min uşaq və yeniyetmənin məlumatlarını araşdırıblar. Statistik analiz göstərib ki, bu insanların dil bacarıqları üç əsas qrupa bölünür: sadə əmrlərin başa düşülməsi, təsviri anlayışların mənimsənilməsi və mürəkkəb sintaktik strukturların interpretasiyası.

Tədqiqatın aparıcı müəllifi Andrey Vısedski bildirib ki, bu nəticələr nitq pozğunluqlarının diaqnoz və müalicə üsullarına yeni yanaşma gətirə bilər. Yeni model təkcə mövcud nitq pozğunluğu kateqoriyalarını dəqiqləşdirmir, həm də bu sahədə terapevtik və farmakoloji metodların inkişafına imkan yaradır.

Klinik və linqvistik təsirlərindən əlavə, bu araşdırma dil və təxəyyül haqqında fəlsəfi baxışlara da təsir edə bilər. Məlum olub ki, fərqli təxəyyül formaları – şüurlu təsəvvürlər və qeyri-ixtiyari görüntülər (məsələn, kabuslar) – neyrobioloji əsaslara malikdir.

Alimlər ümid edirlər ki, gələcək tədqiqatlar dil bacarıqlarının inkişafına təsir edən genetik faktorları müəyyən edəcək və nitq pozğunluqlarının effektiv korreksiya metodlarını yaratmağa kömək edəcək.

Oxşar xəbərlər

Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
DİM xarici dil üzrə fəlsəfə doktoru imtahanı keçirib - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər