BMT: Tramp-Zelenski görüşünün məhsuldar olmadığı qənaətindəyik
BMT ABŞ Prezidenti Donald Tramp ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında Ağ Evdə baş tutan gərgin mübahisəyə dair mövqeyini açıqlayıb.
"Report"un ABŞ bürosu xəbər verir ki, BMT Baş katibinin sözçüsü Stefan Dujarrik görüşün xüsusilə məhsuldar olmadığı qənaətindədir.
BMT sözçüsü, beynəlxalq təşkilatın Ukraynada post-müharibə dövründə niyə daha aktiv rol oynamaması ilə bağlı sualı da cavablandırıb. Onun sözlərinə görə, BMT-nin bölgəyə sülhməramlı qüvvə göndərməsi yalnız Təhlükəsizlik Şurasının müvafiq qətnaməsi ilə mümkün ola bilər:
"Bu, vacib və qaçılmaz prosedurdur. Hazırkı mərhələdən irəli getmək istəmirəm. Deyə bilərəm ki, Birləşmiş Millətlər Təşkilatı sülh prosesinə dəstək olmaq üçün əlindən gələni etməyə davam edəcək. Baş katibin mövqeyi aydındır: münaqişəyə ədalətli və dayanıqlı son qoyulmalıdır və biz bunu dəfələrlə vurğulamışıq".
Qeyd edək ki, Tramp və Zelenski arasındakı görüş ABŞ-nin Ukraynanın nadir mineral yataqlarına çıxış əldə etməsi ilə bağlı mümkün razılaşmanı müzakirə etmək məqsədilə baş tutub. Lakin müzakirələr görüşün 40-cı dəqiqəsində gərgin xarakter alıb.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
-
ABŞ dövlət katibi Əbu-Dabidə Rusiya-Ukrayna danışıqlarında irəliləyişin olacağına ümid edir













