Ayxan Hacızadə: Ədalət axtarışı müharibə cinayətlərində ittiham olunan hər kəs üçün cavabdehlik tələb edir
Far.Az xəbər saytı

Ayxan Hacızadə: Ədalət axtarışı müharibə cinayətlərində ittiham olunan hər kəs üçün cavabdehlik tələb edir


Sülh üçün səyləri təqdir etmək tam mənzərəni kölgədə qoymamalıdır. Ədalət axtarışı müharibə cinayətlərində, etnik təmizləmədə, hərbi təcavüzdə, işgəncələrdə və digər ağır cinayətlərdə ittiham olunan və ya məhkum edilən hər kəs üçün cavabdehlik tələb edir.

Far.Az xəbər verir ki, bunları Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə BMT-nin insan haqları üzrə ali komissarı Volker Türkə cavab olaraq bildirib.

"Həqiqəti bərqərar etmək, qurbanlara ədaləti çatdırmaq və qanunun aliliyini təmin etmək üçün beynəlxalq hüquqi standartlara riayət etməklə ədalətli məhkəmə araşdırması vacibdir. Yalnız həqiqəti söyləmək, yaraları sağaltmaqla sülh və barışıq cəzasızlığa qalib gələcək", - A.Hacızadə qeyd edib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
XİN: Ermənistan XİN-in hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərlə bağlı bəyanatını rədd edirik
İrəvan sülh istəyirsə, Bakının obyektiv tələblərini yerinə yetirməlidir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər