Sevgilisini öldürən şəxs iki il ərzində onun 7 min pulunu "YEYİBMİŞ" - Hökm oxundu
Qətl törətməkdə təqsirləndirilən 1969-cu il təvəllüdlü Könül Baxşəliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Far.Az "Qafqazinfo"ya istinadla xəbər verir ki, sevgilisi 1965-ci il təvəllüdlü Bahar Məmmədovanın qətlinə görə həbs edilmiş şəxs Cinayət Məcəlləsinin 120.2.5, 120.2.9 və 178.2.4-cü (xüsusi amansızlıqla, köməksiz vəziyyətdə olan şəxsi öldürmə və dələduzluq) maddələri ilə təqsirləndirilib.
Məlum olub ki, Könüllə Bahar 2008-ci ildən sevgi münasibətində olublar. Daha sonra Könül dini nikahda yaşadığı qadını qətlə yetirərək, evini və pensiya kartını ələ keçirmək qərarına gəlib.
O, 2022-ci ildə qadına məxsus evdə onu boğaraq öldürüb və meyitini həyətdə basdıraraq gizlədib.
Könül Bahara məxsus evi 10 gün ərzində sataraq 32 min manatı ələ keçirib. Həmçinin iki il müddətində onu itkin düşmüş şəxs kimi qələmə verərək, pensiya kartından 7 min manata yaxın pul çıxararaq mənimsəyib.
2024-cü ildə Könül Baxşəliyev Naxçıvandan Türkiyəyə keçmək istəyərkən saxlanılıb və qətlin üstü açılıb. Qadının meyiti basdırıldığı yerdən çıxarılıb.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Könül Baxşəliyevə 19 il həbs cəzası verilib.
Oxşar xəbərlər
Ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib - YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
"Kişi olsaydın, oğlun olardı" - 2 nəfəri başından güllələyən 60 yaşlı şəxs
Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir - YENİLƏNİB
Bakıda sevgilisinin azyaşlı övladını işgəncə ilə qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Burger King" Bakıdan kənarda ilk restoranını Sumqayıtda açdı!
-
"Xilasedici" CEV Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib
-
Serbiyanın kəşfiyyat xidmətinin direktor müavini vəzifəsindən azad edilib
-
Qazaxıstan COP31-də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.
-
Gəncədə sərnişin avtobusu işıq dirəyinə çırpılıb
-
Azərbaycan daxil olmaqla, 50 ölkənin lideri Dublində EPC sammitində bir araya gələcək













