Bakı-Qazax yolu ilə bağlı VACİB XƏBƏR
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunda hərəkətdə olan iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin çəki və kütlə parametrlərini ölçən texniki vasitələrin (elektron tərəzilərin və çiplərin) ümumi istifadədə olan avtomobil yollarında quraşdırılması ilə əlaqədar yolda hərəkətin məhdudlaşdırılması barədə hərəkət iştirakçılarına (sürücülərə) çağırış edib.
BAKU.WS-in agentliyə istinadən verdiyi məlumata görə, M-2 Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 343,2-ci kilometrində (Gəncə postu yaxınlığı) quraşdırılması nəzərdə tutulan elektron tərəzi sistemi işlərinin başladılması ilə əlaqədar martın 6-dan başlayaraq təqribən 2 (iki) ay müddətində nəqliyyat vasitələrinin hərəkətinin qismən (fasilələrlə) məhdudlaşdırılaraq 500 metr məsafədə kənardankeçmə yolu ilə təşkil ediləcək.
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, ərazidə qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.
Oxşar xəbərlər
Azərbaycanda avtomobil yollarında 4 yerdə 6 elektron tərəzi quraşdırılıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Həm sürücülərin, həm sərnişinlərin şikayət etdiyi beynəlxalq magistral - ARAŞDIRMA
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səbinə Əliyeva Slovakiya Milli Şurasının üzvləri ilə görüşüb
-
Azərbaycan banklarında stres-testlərin aparılması üzrə yeni vahid tənzimləmə çərçivəsi qəbul edilib
-
Bakıda 28 marşrutun hərəkət sxemi dəyişdirilir
-
Ənvər Qarqaş: BƏƏ ABŞ, İsrailin İranla münaqişəsinin diplomatik həlli üçün mübarizə aparır
-
Bu gün Bakı və Sumqayıtın bir sıra ərazilərində işıq olmayacaq
-
Rövşən Nəcəf: "Neftçi"yə UEFA Çempionlar Liqasında uğurlar arzulayırıq













