Azərbaycan vətəndaşları Türkiyədə 4 ayda 250 mənzil alıb
Far.Az xəbər saytı

Azərbaycan vətəndaşları Türkiyədə 4 ayda 250 mənzil alıb


Bu ilin yanvar-aprel aylarında Azərbaycan vətəndaşları Türkiyədə 250 mənzil alıblar.

Bu barədə "Report" Türkiyənin Statistika İdarəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2025-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 24 mənzil və ya 8,7 % azdır.

Ötən ay isə Azərbaycan vətəndaşları Türkiyədə 76 daşınmaz əmlak alıblar ki, bu da 2025-ci ilin eyni ayı ilə müqayisədə 13 mənzil və ya 20,6 % çoxdur.

Apreldə Azərbaycan vətəndaşları Türkiyədə ev alanların siyahısında ilk onluqda 6-cı yerdə qərarlaşıb.

Ümumilikdə, 2026-cı ilin yanvar-aprel aylarında Türkiyədə xarici vətəndaşlara 5 711 mənzil satılıb. Bu, ötən iilin eyni ayları ilə müqayisədə 746 mənzil və ya 11,6 % azdır.

Təkcə aprel ayında Türkiyədə xarici vətəndaşlara 1 526 mənzil satılıb. Bu, ötən ilin eyni ayı ilə müqayisədə 13 mənzil və ya 0,8 % azdır.

Bu ilin yanvar-aprel aylarında Türkiyədə ən çox mənzil alanlar Rusiya vətəndaşları olub. Onlara ötən 4 ay ərzində 902 mənzil satılıb. Bu, 2025-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 187 ədəd və ya 17,2 % azdır.

Bu ilin aprel ayında isə Rusiya vətəndaşları Türkiyədə 263 mənzil alıblar ki, bu da ötən ilin aprel ayı ilə müqayisədə 17 ədəd və ya 6,1 % azdır.

Baxmayaraq ki, aprel ayında Çin vətəndaşları iranlıları qabaqlayıb, ümumilikdə ikinci yeri İran vətəndaşları tutublar. Bu ilin ilk 4 ayında onlar bu ölkədə 479 mənzil satılıb ki, bu da illik müqayisədə 158 ədəd və ya 24,8 % azdır.

Bu ilin aprel ayında isə iranlılar Türkiyədə 100 mənzil alıblar ki, bu da ötən ilin aprel ayı ilə müqayisədə 39 ədəd və ya 28,05 % azdır.

Bu ilin yanvar-aprel aylarında Türkiyədə ev alanların siyahısında üçüncü yerdə Çin vətəndaşları qərarlaşıblar. Belə ki, son 4 ayda çinlilər Türkiyədə 347 mənzil sahib olublar. Bu da 2025-ci ilin ilk 4 ayı ilə müqayisədə 139 mənzil və ya 66,8 % çoxdur.

Bu ilin aprel ayında isə çinlilər Türkiyədə 110 mənzil alıblar ki, bu da ötən ilin aprel ayı ilə müqayisədə 56ədəd və ya 2 dəfə çoxdur.

Xatırladaq ki, 2025-ci ildə Azərbaycan vətəndaşları Türkiyədə 944 mənzil alıblar.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan vətəndaşları Türkiyədə ev alışını 10 %-ə yaxın artırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər