ABŞ Yaxın Şərqdən çəkilmir, bölgəyə əlavə qüvvə göndərə bilər
Ekspert ABŞ-nin Yaxın Şərqdən geri çəkilməsi ilə bağlı açıqlamaların hələlik real addımlarla müşayiət olunmadığını bildirib.
Far.Az xəbər verir ki, rusiyalı politoloq Aleksandr Perenciyev ABŞ Prezidenti Donald Trampın İrana qarşı hərbi əməliyyatların dayandırılması ilə bağlı bəyanatlarına baxmayaraq, Vaşinqtonun bölgədəki fəaliyyətini azaltmadığını deyib.
Onun sözlərinə görə, Hörmüz boğazı hələ də bağlı qalır və ABŞ hərbi bazalarına qoşunların çıxarılması ilə bağlı göstəriş verilməyib.
Ekspert hesab edir ki, Trampın açıqlamaları daha çox siyasi siqnal xarakteri daşıyır. O, ABŞ-nin əksinə, Yaxın Şərqə əlavə qüvvələr göndərməyə hazırlaşa biləcəyini də istisna etməyib.
Perenciyev bildirib ki, Vaşinqton Körfəz ölkələrinin reaksiyasını yoxlamağa çalışır və onların İranla qarşıdurmada ABŞ tərəfdən nə qədər fəal iştirak etməyə hazır olduqlarını öyrənmək istəyir.
Politoloq həmçinin vaxtilə gündəmə gətirilən "Yaxın Şərq NATO-su" ideyasını xatırladaraq qeyd edib ki, belə modeldə ABŞ əsas idarəedici qüvvə olaraq qalır, ərəb ölkələri və İsrail isə daha çox tərəfdaş rolunda çıxış edir.
Qeyd edək ki, son günlər ABŞ və İran arasında artan gərginlik fonunda bölgədə hərbi və siyasi vəziyyət beynəlxalq medianın diqqət mərkəzindədir.
Oxşar xəbərlər
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən tədbir keçirilib
-
Bakıda daşınmaz əmlak bazarında QİYMƏTLƏR ARTIB
-
Amerikalı məşhur falçı bu şəhərlərin YOX OLACAĞINI dedi
-
Xalq yazıçısı Elçinin xatirəsinə həsr olunmuş "Şekspir" tamaşası nümayiş olunub
-
Marketdə vaxtı keçmiş məhsullar aşkarlandı - FOTOLAR
-
"Fox News": ABŞ İranın Bəndər-Abbas limanına zərbə endirib













