Birbank Biznes-in "Hər İşdə Birinci Qadınlar" yarmarkası başa çatdı
Birbank Biznes qadın sahibkarlara dəstək olmaq və onların inkişafına töhfə vermək məqsədilə 8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində xüsusi təşəbbüslə çıxış etdi.
Belə ki, 6-7 mart 2025-ci il tarixlərində sahibkar xanımlar üçün "Passage 1901" ünvanında satış yarmarkası təşkil edildi.
Tədbir çərçivəsində xanım sahibkarlar üçün həm öz məhsul və xidmətlərini təklif edə biləcəkləri, həm də yeni tərəfdaşlıqlar qurub, öyrənə, özlərini inkişaf etdirə biləcəkləri mühit yaradıldı.
Ümumilikdə 60 sahibkar xanımın iştirak etdiyi layihə bununla yekunlaşmadı. Tədbirin ilk günü Birbank Biznes sahibkar xanımlara mart ayı boyunca mikro kreditlərdə 8%-dək endirim təqdim edəcəyini, iyun ayından etibarən isə onların bizneslərini peşəkar idarə etmələri üçün ödənişsiz təlimlər keçirəcəyini elan etdi. Bu təlimlər Birbank Biznes-in peşəkar komandası tərəfindən veriləcək.
Yarmarka çərçivəsində həm xanım sahibkarların uğurunu bir daha vurğulamaq, həm də biznesə başlamaq istəyənlərə ilham olmaq üçün müxtəlif mövzularda panel müzakirələri də baş tutdu. Tədbirin ilk günü COP29 Əməliyyat Şirkətinin Koordinasiya Şurasının üzvü Ayan Nəcəfin moderatorluğu ilə keçirilən panel "Gücümüzü birləşdirək: Tərəfdaşlıqdan uğura" mövzusuna həsr olundu. Sessiyada dövlət qurumları və özəl sektor arasında əməkdaşlıq imkanları, qadın sahibkarlığının inkişafında bu tərəfdaşlıqların rolu müzakirə edildi. Paneldə Kapital Bank-ın İdarə Heyətinin üzvü, İnsan Kapitalı və Təşkilati İnkişaf üzrə Baş İnzibatçı, eyni zamanda "SOS Uşaq Kəndləri – Azərbaycan" Assosiasiyasının İdarə Heyətinin üzvü Fərqanə Məmmədova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova və "PASHA Real Estate Group"un Baş Əməliyyat İnzibatçısı Svetlana Əliyeva spiker qismində iştirak etdilər.
Tədbirin ikinci paneli isə "Uğurun adı: Qadın" mövzusuna həsr olundu. Paneldə təməldən öz brendini formalaşdıran qadın sahibkarlar təcrübələrini və uğur hekayələrini paylaşdılar. Bu sessiyanın moderatoru Bir ekosisteminin Məhsul və Marketinq idarəsi üzrə müşaviri Günel Mavliyarova, spikerləri isə AMFA-nın icraçı direktoru, ASK-nın vitse-prezidenti, KOBİA İctimai Şurasının üzvü Jalə Hacıyeva, "CozybyMadi" brendinin təsisçisi Mədinə Quliyeva və "Balli Bisi" şirniyyat evinin qurucusu Esmira Quluzadə oldu.
Birbank Biznes bu təşəbbüslə qadın sahibkarların fəaliyyətini dəstəkləməyi, onların bizneslərinin tanıdılması və inkişafı üçün yeni imkanlar yaratmağı hədəfləyir.
Birbank Biznes müştərilərində suallar yaranarsa, onlara istənilən vaxt canlı çat vasitəsilə də dəstək göstərilir. Sahibkarlara vaxta qənaət etmək imkanı verən Birbank Biznes sistemi haqqında ətraflı məlumat üçün https://birbank.business/ saytına keçid edin və ya 896 məlumat mərkəzinə zəng edin.
Qalereya
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Özbəkistanın mədəniyyət naziri: Xalqlarımızı birləşdirən fundamental dəyər mədəniyyətdir - MÜSAHİBƏ
XİN başçısı BMT BA-nın 79-cu sessiyasında çıxış edib - YENİLƏNİB
Azərbaycanın maliyyə sektoru 2024-cü ildə - İCMAL
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
AZAL-ın təşəbbüsü ilə Milli Aviasiya Akademiyasının gənc mütəxəssisləri təlimdə iştirak üçün Avropaya yola düşüblər
-
Suqovuşanda "Prezident Kuboku 2026" beynəlxalq reqatasının yarışları başlayıb
-
Bu il beynəlxalq axtarışda olan 22 nəfər xarici ölkələrdən ektradisiya edilib, 6 nəfər təhvil verilib
-
Onlayn ticarət çətinləşir - Qiymətlər bahalaşacaq?
-
"Brent" markalı neftin qiyməti dörd illik maksimuma çatır
-
Madyarla Lyayen Macarıstan üçün 17 milyard avronun blokdan çıxarılması barədə razılığa gəliblər













