Lamanauskas: COP29 rəqəmsal texnologiyaların dayanıqlı inkişafı üzrə təşəbbüslərin təşviqində mühüm rol oynayı
Bakıda keçirilmiş COP29 iqlim konfransı rəqəmsal texnologiyaların dayanıqlı inkişafı üzrə təşəbbüslərin təşviqində mühüm rol oynayıb.
"Report" xəbər verir ki, bunu Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) baş katibinin müavini Tomas Lamanauskas XII Qlobal Bakı Forumunda panel müzakirələri zamanı deyib.
"Azərbaycanda olarkən, əlbəttə ki, rəqəmsal texnologiyaların dayanıqlılığının təmin edilməsi üzrə işimizi, yəni "yaşıl rəqəmsal fəaliyyətləri" qeyd etməliyəm. COP29 bu sahəyə güclü siyasi təkan verdi. Yaşıl Rəqəmsal Texnologiyalar üzrə Fəaliyyət Bəyannaməsi artıq 80-dən çox ölkə və 120 digər maraqlı subyekt tərəfindən dəstəklənib. Bu, real addımların mümkün olduğunu göstərir", - o söyləyib.
Lamanauskas vurğulayıb ki, təkcə rəqəmsal texnologiyaların təsirini dərk etmək yox, həm də dayanıqlı inkişaf kontekstində onların effektivliyini qiymətləndirmək vacibdir.
BTİ Baş katibinin müavini BMT-nin Baş katibi Antoniu Quterrişin BMT-18 İşçi Qrupunun yaradılması haqqında bu yaxınlarda verdiyi açıqlamaya da toxunub. Onun sözlərinə görə, bu təşəbbüsün məqsədi rəqəmsal texnologiyaların daha səmərəli və əlçatan olması, eləcə də bütün dünya vətəndaşlarının maraqları naminə onların praktiki tətbiqini təmin etməkdir.
Oxşar xəbərlər
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
AMB süni intellektin idarə olunması üçün metodoloji rəhbərlik hazırlayır
-
Zelenski və Madyar qaz və dizel yanacağı təchizatını, birgə layihələri müzakirə ediblər
-
Hicran Hüseynova: 44 günlük müharibə Azərbaycan analarının verdiyi tərbiyəni göstərdi
-
"Fənərbağça"nın iki futbolçusu "Şaxtyor"la oyunu buraxacaq
-
İsrail İranı kimyəvi silahlar hazırlamaqda ittiham edib
-
UEFA Çempionlar Liqası: "Qalatasaray" bu gün "Aston Villa"nı qəbul edəcək













