"Meydan TV" işi üzrə saxlanılan Ramin Dekonun həbs müddəti uzadılıb
Far.Az xəbər saytı

"Meydan TV" işi üzrə saxlanılan Ramin Dekonun həbs müddəti uzadılıb


Məhkəmə "Meydan TV" işi üzrə saxlanılan Ramin Cəbrayılzadə (Deko) barəsində qərar verib.

BAKU.WS report-a istinadən xəbər verir ki, Xətai Rayon Məhkəməsində keçirilən prosesdə onun barəsində olan həbs qətimkan tədbirinin 3 ay müddətə uzadılması barədə qərar qəbul olunub.

Qeyd edək ki, Ramin Cəbrayılzadə qaçaqmalçılıqda ittiham olunur.

Xatırladaq ki, "Meydan TV" işi üzrə Ramin Cəbrayılzadə (Ramin Deko), Aynur Qəmbərova (Elgünəş), Aytac Əhmədova (Tapdıq), Aysel Umudova, Xəyalə Ağayeva, Natiq Cavadlı və Ülvi Tahirov saxlanılıblar.

Onlar barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq - əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Daha sonra Xətai Rayon Məhkəməsində onlar barəsində həbs qətimkan tədbiri seçilib.

Oxşar xəbərlər

"Meydan TV" işi üzrə saxlanılanlar barəsində məhkəmə qərar qəbul edib – YENİLƏNİB
"Meydan TV" işi üzrə saxlanılanlar barəsində məhkəmə qərar qəbul edir
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib - YENİLƏNİB
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər