Mikayıl Cabbarov Avropa çempionatında yüksək nəticələr göstərən Azərbaycan güləşçilərini təbrik edib
Far.Az xəbər saytı

Mikayıl Cabbarov Avropa çempionatında yüksək nəticələr göstərən Azərbaycan güləşçilərini təbrik edib


Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 Avropa çempionatında yüksək nəticə göstərən güləşçilərimizi təbrik edib.

Far.Az xəbər verir ki, o, "X" hesabında sərbəst güləşçilərin öz rekordlarını yeniləyərək komanda hesabında 4-cü dəfə Avropa çempionu olmasını vurğulayıb.

"Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 Avropa çempionatında güləşçilərimiz 4 qızıl, 5 gümüş və 7 bürünc medal qazandılar. Sərbəst güləş üzrə millimiz öz rekordlarını yeniləyərək komanda hesabında 4-cü dəfə Avropa çempionu oldu. Arseniy Djioyev (86 kq) qızıl, Ceyhun Allahverdiyev (61 kq), Kənan Heybətov (70 kq), Ağanəzər Novruzov (74 kq) və Fərid Cabbarov (79 kq) gümüş, Rəhman İmanov (57 kq), Murad Haqverdiyev (65 kq), Sadiq Mustafazadə (92 kq) və Yusif Dursunov (125 kq) isə bürünc medal qazandı. Qadın güləşi üzrə millimiz 2 qızıl və 1 bürünc medal qazanaraq komanda hesabında növbəti dəfə Avropa üçüncüsü oldu. Elnurə Məmmədova (53 kq) və Günay Qurbanova (59 kq) Avropa çempionu, Əsmər Cankurtaran (50 kq) isə bürünc medalçı oldu. Yunan-Roma güləşi üzrə millimizin üzvlərindən Ruslan Nurullayev (72 kq) qızıl, Ziya Babaşov (63 kq) gümüş, Elmir Əliyev (55 kq) və Xasay Həsənli (77 kq) isə bürünc medal qazandı. Güləşçilərimizi, onların valideynlərini və məşqçilərini təbrik edirik" -  deyə o bildirib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan güləşçiləri dünya çempionatında 2 qızıl, 3 gümüş, 3 bürünc medal qazanıblar
Fərid Qayıbov: Avqust ayı Azərbaycan idman tarixinə yeni qələbələr, tarixi uğurlar və rekordlarla yazıldı
Azərbaycan güləşçiləri Xorvatiyada ilin ilk reytinq turnirində iştirak edəcəklər
Azərbaycan güləşçisi fransalı rəqibini məğlub edərək Avropa çempionatının qalibi olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər