Sahil Babayev: "Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın genişlənməsinə tərəfdardır"
Far.Az xəbər saytı

Sahil Babayev: "Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın genişlənməsinə tərəfdardır"


Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) ilə, həmçinin bu təşkilata üzv olan ölkələrlə əməkdaşlığa böyük əhəmiyyət verir və təşkilat çərçivəsində əməkdaşlığın bütün sahələrdə genişlənməsinin tərəfdarıdır. 

Far.Az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bunu Azərbaycanın maliyyə naziri Sahil Babayev  İƏT-in Baş katibi Əsəd Məcid Xanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə bildirib.

Qonaq Azərbaycanın İƏT-in fəal üzvlərindən olduğunu, ölkəmizin təşkilatın fəaliyyətinin genişləndirilməsi üçün müxtəlif təşəbbüslərlə çıxış etməsindən məmnunluğunu ifadə edib.

Görüş zamanı üzv ölkələr arasında ticarət, nəqliyyat, maliyyə, turizm və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsində İƏT-in mühüm rol oynaya biləcəyi qeyd edilib, sahəvi nazirlərinin, o cümlədən maliyyə nazirlərinin toplantılarının, həmçinin üzv ölkələrin iş adamlarının iştirakı ilə biznes forumların keçirilməsinin əhəmiyyəti vurğulanıb.

Eyni zamanda, İƏT Ticarət və İnkişaf Bankının rolunun daha da artırılmasının, Bank tərəfindən regionda ticarət və nəqliyyat əlaqələrinin, həmçinin üzv ölkələrin iqtisadi inkişafına töhfə verəcək layihələrin maliyyələşdirilməsində yaxından iştirakının vacibliyi qeyd olunub.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Azərbaycanın D-8-ə üzvlüyü: yeni dünyanın qurulmasına qatılmaq üçün etimad - ŞƏRH

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər