Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri ÜST-ün gücləndirilməsinə çağırıb
Far.Az xəbər saytı

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri ÜST-ün gücləndirilməsinə çağırıb


Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmayıl Seragəldin Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gücləndirilməsinə çağırıb.

Far.Az xəbər verir ki, o, bu barədə XII Qlobal Bakı Forumunun panel müzakirəsində bildirib.

"Əgər ÜST olmasaydı, biz buna bənzər bir şey icad etməli olardıq. Bizə bütün dünyada baş verənləri əks etdirən və izləyən, hər kəsi baş verənlər barədə məlumatlandıran mərkəzi qlobal platforma lazımdır. Bu, təkcə keçmişdə baş vermiş pandemiyaların qarşısını almağa deyil, həm də qarşılıqlı mübadilə təşkil etməyə imkan verəcək", - İ.Seragəldin qeyd edib.

Onun sözlərinə görə, ÜST-ün səmərəli fəaliyyəti üçün təşkilata səhiyyə və cəmiyyət də daxil olmaqla müxtəlif sahələrdə çağırışlara operativ reaksiya verməyə imkan verəcək fond yaratmaq lazımdır.

Oxşar xəbərlər

Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Qlobal Bakı Forumunda çoxqütblü dünya üçün multilateralizmə yenidən baxılması mövzusu müzakirə olunub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər