Bakı-Şamaxı yolunda ağır QƏZA - Sürücü həyatını itirdi
Far.Az xəbər saytı

Bakı-Şamaxı yolunda ağır QƏZA - Sürücü həyatını itirdi


Baş Dövlət Yol Polisi İdarəsinin səhhətində ciddi problemlər olan sürücülərə müraciət edib.

DİN-in mətbuat xidmətindən Far.Az-ə verilən məlumata görə, ötən gün saat 21:14 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Müşfiqabad qəsəbəsi ərazisindən keçən 25-ci kilometrliyində Fərid İsmayılovun idarə etdiyi "Toyota Prius" markalı avomobil beton konstruksiyalı arakəsməyə çırpılıb. Sürücü hadisə yerində həyatını itirib. İlkin məlumata əsasən qəzanın sürücünün səhhətində yaranan problemdən qaynaqlandığı ehtimal olunur.

Baş Dövlət Yol Polisi İdarəsi son vaxtlar analoji hadisələrin sayının artmasını nəzərə alaraq, bir daha səhhətində ciddi problemlər olan sürücülərdən sükan arxasına əyləşməməyi, yaşanmış acı təcrübələrdən düzgün nəticə çıxararaq özlərinin və digər hərəkət iştirakçılarının həyatını təhlükəyə atmamağı, ağır xəstəliyi olan sürücülərin doğmalarından isə bu kimi hallara qarşı barışmaz mövqe tutmağı xahiş edir.

Oxşar xəbərlər

Toyota Prius: Hibrid Avtomobillərin atası
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
DYP səhhətində ciddi problemlər olan sürücülərə müraciət etdi
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bir sıra heyvan kəsimi və ət satışı məntəqələrində nöqsanlar aşkarlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər