Taleh Yüzbəyov: "Flmin inkişafında dövlət maraqlı olmalıdır"
"Azərbaycanda kinoteatr sayı azdır. Bakı, Sumqayıt və Gəncədəkilər kinoya baxa bilirlər. Bəs başqa rayonlarda yaşayanlar? Onlar baxmasın? Nə etsinlər? Deməli, kinoteatr şəbəkələrin artırmaq lazımdır, məkan azdır".
BAKU.WS "axşam.az"a istinadən xəbər verir ki, bu sözləri aktyor Taleh Yüzbəyov "Söhbət budur" radio verilişində deyib. O, kinoya marağın aşağı olmasının səbəblərini belə izah edib:
"Düzdür, vaxtı ilə bir sıra yerlərdə kinoteatrlar açılıb. Amma qiymətlər rayon üçün uyğun olmayıb. Həm Bakıda, həm də rayonda eyni qiymət ola bilməz. Bunu düzgün tənzimləmək lazımdır. Bakıda əgər 8 manatdırsa, rayonlarda 4-5 manat ola bilər. Oranın iqtisadi vəziyyətinə uyğunlaşdırılmalıdır.
İkincisi kinolarımız üçün investisiya yoxdur. Böyük iş adamları bu sahəyə inanmırlar. Film pul isyətən bir şeydir və biz bütün kinolarda onu tampaq üçün əziyyət çəkirik. Heç kimin evində 200-300 min pulu yoxdur ki, özü bu işə qoysun. Düzgün biznes modeli formalaşarsa, investorlara başa salmaq olar ki, məsələn, 200 min pul qoyursan, amma 6 aydan sonra bu, 300 min olacaq. Düzdür, bu da 100 faiz işləyən bir model deyil. Dünyada da film belə işləyir. Sadəcə düzgün satış nöqtələri, yəni kinotetarlar, vergi və ƏDV güzəştləri olmalıdır. Dövlətdən hansısa bir imtiyaz tətbiq edilməlidir. Flmin inkişafında birinci növbədə dövlət maraqlı olmalıdır".
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Sənubər İsgəndərli: Sənətdən başı çıxmadan rəy vermək divanda oturub Messiyə irad tutmağa bənzəyir - MÜSAHİBƏ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Elvin Kazımov Tailandda muaytay yarışında birinci yerə çıxıb
-
Ernesto Qusman: Kuba suverenliyə hörmət əsasında ABŞ ilə dialoqa hazırdır
-
Mahir Məmmədov: "Baku Open 2026" Beynəlxalq Şahmat Festivalına rekord sayda iştirakçı qatılıb"
-
Nepalda "Jeep"in uçurumdan düşməsi nəticəsində 17 nəfər ölüb
-
"Nar" beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu
-
Serbiya Prezidenti: Azərbaycandan sonra karyeramın ən vacib səfəri Çinə baş tutacaq













