"Haber Global": Ermənistan növbəti müharibəyə hazırlaşmaq üçün PUA almağa çalışır
Far.Az xəbər saytı

"Haber Global": Ermənistan növbəti müharibəyə hazırlaşmaq üçün PUA almağa çalışır


Avropa İttifaqı Ermənistanı silahlandırmaq üçün Fransanın rəhbərlik etdiyi layihə hazırlayıb.

Bu barədə Türkiyənin "Haber Global" telekanalının saytında dərc olunan "Ermənistan PUA axtarışında! Avropa İttifaqından (Aİ) Ermənistana silah yardımı" sərlövhəli məqalədə qeyd olunub.

Bildirilib ki, Paris, Dehli və Afina Ermənistanı silahlandıran əsas oyunçulardır:

"Hazırda İrəvana 10 milyon avro dəyərində hərbi yardım göstərilsə də, bu yardım genişləndiriləcək. Mənbələrə görə, İrəvan növbəti müharibəyə hazırlaşmaq üçün PUA almağa çalışır".

Məqalədə deyilib ki, Aİ-nin Ermənistana hərbi yardımları onun sülh təşəbbüsü ilə bağlı çağırışlarına ziddir:

"Aİ rəsmiləri deyirlər ki, Cənubi Qafqazda sülhə ehtiyac var. Amma təşkilat tərəflərdən birini silahla təchiz edərək bu təşəbbüsə mane olur. Aİ-nin dəstəyini hiss edən Ermənistan Azərbaycanla sülh danışıqlarına son qoya bilər. Fransa rəsmiləri iddia edirlər ki, Ermənistan yenidən silahlanaraq sülh danışıqlarında güclü mövqeyə sahib ola bilər".

Analitiklərin fikrincə isə Ermənistan növbəti müharibəyə hazırlaşır.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər