"Xalq artistləri var, heç camaat tanımır"
Far.Az xəbər saytı

"Xalq artistləri var, heç camaat tanımır"


Mədəniyyət naziri Adil Kərimli Bakıda vətəndaşları və bir neçə sənətçini qəbul edib. Nazirlə görüşənlər sırasında "Dəli Kür"ün Mələyi, Əməkdar artist Zemfira Sadıxova da olub.

Far.Az xəbər verir ki, aktrisa görüşün məğzi barədə OLAY-a açıqlama verib.

O bildirib ki, A. Kərimlidən Xalq artisti adı ilə bağlı xahiş edib:

"Xahişim Xalq artisti adı ilə əlaqədar idi. Mən Əməkdar artistəm, Xalq artisti adı istəyirdim. Xahiş etdim, nazir dedi ki, müəyyən bir vaxtdır, heç kəsə Fəxri ad verilmir. Ona görə də sizə ad verə bilmirik. İnanmıram ki, yaxın zamanda gündəmə gəlsin. Əgər bu müddət ərzində yığışdırılıbsa, deməli heç olmayacaq".

Aktrisa qeyd edib ki, daha öncə ev verilməsi ilə bağlı xahiş edib, verilməyib:

"25 ildir qızımın evində qalıram. Çünki ürəyimdən əməliyyat olunanda evimi satmışdım. Qızımın evində qalmağa məcbur idim. Ev də vermədilər. Getmişdim ki, bəlkə Xalq artisti adı verərlər. Mənə 1970-ci ildə Minsk şəhərində ən yaxşı aktrisa oyununa görə fəxri mükafat vermişdilər. "Dəli Kür"dəki Mələk obrazına görə...

Sonra bir çox xarici filmlərin dublyajında yer almışam, Gürcüstanda, Azərbaycanda, Moskvada filmlərə çəkilmişəm. 85 yaşım var, kino fəaliyyətimin 60 illiyidir. Axırıncı dəfə 2019-da "Qış nağılı" filminə çəkilmişəm, vəssalam. O qədər filmlərdir. Yəqin ki, bu da mənim bəxtimdən asılıdır. Bu yaşa gəlib çatdım, Xalq artisti adı ala bilmədim. Bu qədər Xalq artistləri var, heç camaat tanımır, məni isə tanıyırlar, sevirlər. Nazir özü dedi ki, Zemfira Sadıxova brenddir. Sağ olsun, qiymətləndirdi, başa düşdü. Bilir ki, mən necə sənətkaram. Xarici görünüşdən danışmıram, göz qabağındadır".

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Özbəkistanın mədəniyyət naziri: Xalqlarımızı birləşdirən fundamental dəyər mədəniyyətdir - MÜSAHİBƏ
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər