Ərdoğan: Qarabağın azad edilməsi regionda yeni səhifə açıb
Far.Az xəbər saytı

Ərdoğan: Qarabağın azad edilməsi regionda yeni səhifə açıb


Qarabağın 30 ilə yaxın işğaldan sonra azad edilməsi regionda yeni səhifə açıb.

Far.Az report-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Novruz bayramı münasibətilə təşkil olunan tədbirdə deyib.

O, həmçinin vurğulayıb ki, 2023-cü il fevralın 6-da baş verən zəlzələlərdən sonra qardaş Azərbaycan Türkiyəyə köməyə ilk gələnlərdən biri olub.

Ərdoğanın sözlərinə görə, türk dünyası ölkələri üçün ən böyük dəyər birlikdir. "Birgə səylər sayəsində bu birlik son illər daha da möhkəmlənib və bu, bütün sahələrdə əməkdaşlığın inkişafına öz töhfəsini verib", - o vurğulayıb.

Siyasətçi qeyd edib ki, qardaş ölkələr birgə səylərlə yeni dünya düzəni quracaq və bu düzənin mərkəzində türk dünyası olacaq.

Oxşar xəbərlər

Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər