Çatdırılma şirkətində dava: Əməkdaşın burnu sındı
Far.Az xəbər saytı

Çatdırılma şirkətində dava: Əməkdaşın burnu sındı


Bakıda fəaliyyət göstərən çatdırılma şirkətlərdən birinin əməkdaşları hücuma məruz qalıblar.

Far.Az xəbər verir ki, bu barədə Axar.az-a çatdırılma şirkətindən məlumat verilib.

Məlumata görə, hadisə 19 martda saat 21:00-da çatdırılma şirkətinin Nəsimi rayonunda yerləşən flialında baş verib.

Belə ki, şirkət əməkdaşları bağlamasını təhvil almaq istəyən müştəriyə mobil tətbiq vasitəsilə ödəniş etməli olduğunu bildiriblər. Ancaq müştəri ödəniş etməkdən imtina edib. Əməkdaşlar isə bağlamanı təhvil vermək üçün ödəniş etməli olduğunu bir daha qeyd ediblər. Daha sonra müştəri yanındakı xanımı filialdan uzaqlaşdırıb və əməkdaşları təhqir edib. Ardınca şirkətin əşyalarına zərər verib, əməkdaşlara isə xəsarət yetirib. Hətta şirkət əməkdaşı olan Fəda Ələşrəfzadənin burun sümüyünü sındırdıqdan sonra hadisə yerindən uzaqlaşıb.

Hadisə ilə bağlı şirkət hüquq-mühafizə orqanlarına müraciət edib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamədə dəyişiklik edilib
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər