Emin Ağalarov "Crocus City Hall"da yaşanan terrorla bağlı paylaşım etdi
Far.Az xəbər saytı

Emin Ağalarov "Crocus City Hall"da yaşanan terrorla bağlı paylaşım etdi


Xalq artisti Emin Ağalarov bir il əvvəl "Crocus City Hall"da yaşanan terrorla bağlı paylaşım edib. 

Far.Az xəbər verir ki, sənətçi instaqram hesabında "Crocus City Hall" qarşısındakı terror qurbanlarının xatirəsinə ucaldılan abidənin fotolarını paylaşaraq onları bir daha yad edib:

"Bir il əvvəl unudulması mümkün olmayan dəhşətli bir hadisə yaşandı. Terror qurbanlarının ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və onların kədərinə şərik oluram. Yüzlərlə insanın həyatını xilas etmək üçün özünü qurban verməkdən çəkinməyən hər kəsə sonsuz təşəkkürlər".

Qeyd edək ki, terror ötən il martın 22-sində Rusiyada azərbaycanlı iş adamı Araz Ağalarova məxsus olan "Crocus City Hall"da baş verib. Bir qrup silahlı şəxs konsert zamanı kompleksə girərək hamıya atəş açıb. Faciədə 145 nəfər həlak olub, 551 nəfər yaralanıb. 

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
"Crocus City Hall" qurbanlarının xatirəsinə memorial abidə ucaldılıb
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər