Günel Səfərova da istintaqa cəlb olundu
Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin rəis müavini Günel Səfərova Baş Prokurorluğun İstintaq İdarəsində aparılan "QHT İşi" çərçivəsində istintaqa cəlb olunub.
BAKU.WS "Gununsesi.info"ya istinadən xəbər verir ki, Günel Səfərova da ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyindən (USAİD) qrant alan şəxslər siyahısında olub.
Onun ötən həftə Baş Prokurorluqda 5 saata yaxın dindirildiyi bildirilir.
Qeyd edək ki, 2021–2023-cü illər ərzində ETN yanında İctimai Şuranın sədri vəzifəsində çalışan Günel Səfərova Avrasiya Əməkdaşlıq Fondu, "SOS Uşaq Kəndləri – Azərbaycan" Assosiasiyası kimi beynəlxalq təşkilatlarda layihə rəhbəri olub. ATƏT-in müşahidəçilik missiyasında təmsil olunan Günel Səfərova "Vətəndaş" Tədqiqat və İnkişaf İctimai Birliyinin sədridir.
Xatırladaq ki, ABŞ-nin "German Marşal Fondunun" (GMF) Azərbaycan üzrə məsləhətçisi Mehriban Rəhimli də "QHT işi" ilə bağlı başladılan istintaqa cəlb olunub.
Oxşar xəbərlər
USAID-lə əməkdaşlıq etmək niyə təhlükəlidir?
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
USAID-in xaos, qarşıdurma şəbəkəsi – təşkilatın bəşəriyyətə qarşı cinayətləri - ŞƏRH
“AnewZ”: USAID-in yardım qrantlarının dayandırılması Avropa mediasında təşvişə səbəb olub
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
AMB süni intellektin idarə olunması üçün metodoloji rəhbərlik hazırlayır
-
Hicran Hüseynova: 44 günlük müharibə Azərbaycan analarının verdiyi tərbiyəni göstərdi
-
"Fənərbağça"nın iki futbolçusu "Şaxtyor"la oyunu buraxacaq
-
Zelenski və Madyar qaz və dizel yanacağı təchizatını, birgə layihələri müzakirə ediblər
-
İsrail İranı kimyəvi silahlar hazırlamaqda ittiham edib
-
UEFA Çempionlar Liqası: "Qalatasaray" bu gün "Aston Villa"nı qəbul edəcək













