"Zara"da müştərinin əl çantası OĞURLANDI
Far.Az xəbər saytı

"Zara"da müştərinin əl çantası OĞURLANDI


"Gənclik Mall" Ticarət Mərkəzində yerləşən "Zara" geyim dükanında müştərinin çantasını oğurlayan şəxs həbs edilib. 

Far.Az Qaynarinfo-ya istinadən xəbər verir ki, hadisəni törədən 1990-cı il təvəllüdlü K.L. saxlanılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib. 

Məhkəmədə məlum olub ki, K.L. "Zara" geyim dükanın paltar dəyişmə otağının dəhlizində F.G.-ya məxsus qadın əl çantasını oğurlayıb. 

Belə ki, zərərçəkmiş F.G. "Gənclik Mall"a alış-veriş etmək üçün gedib. Alış-veriş etdikdən sonra "Zara" dükanına daxil olaraq orada olan geyimlərə baxıb. Bəyəndiyi paltarları seçərək dəyişmə otağına gedib. Dəyişmə otağına daxil olduqda aldığı digər məhsulları dəhlizin girişinə qoyub. Həmin vaxt rəfiqəsi də onunla birlikdə olub.

Birlikdə paltar dəyişmə otağından çıxdıqda qoyduqları paketlər yerində olsa da, əl çantasının orda olmadığını müəyən edib. Ətrafı axtarsalar da, tapa bilməyiblər. Əl çantasının içərisində özünə və azyaşlı oğluna məxsus şəxsiyyət vəsiqələri, kosmetik vasitələr, bank kartları və nağd 150 manat pul olub.

K.L. oğurladığı çantanı içindəki əşyalarla birlikdə zərərçəkmişə qaytarsa da, içindəki 150 manatı imkansızlıqdan xərclədiyini deyib. 

Məhkəmənin qərarı ilə, təqsirləndirilən şəxs barəsində 160 saat ictimai işlər növündə tənbeh tədbiri tətbiq edilib. Şəxsin üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulub.           

Oxşar xəbərlər

Bir sıra heyvan kəsimi və ət satışı məntəqələrində nöqsanlar aşkarlanıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda qanunsuz fəaliyyət göstərən məşhur kosmetoloq iri məbləğdə cərimələnib
Ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər