Bakı-Sumqayıt yolunda sürücünü təhqir etdi, 5 gün həbs edildi
Sumqayıt-Bakı yolunun Abşeron rayon ərazisindən keçən hissəsində ona yol verməyən sürücüyə qarşı əxlaqsız hərəkətlər edən şəxs həbs olunub.
Far.Az Qaynarinfo-ya istinadən xəbər verir ki, 1985-ci ildə Sumqayıt şəhərində anadan olmuş P.D.-ya İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib edilib və iş baxılması üçün məhkəməyə göndərilib.
Məhkəmədə məlum olub ki, ali təhsilli olan P.D. "Toyota Rav 4" markalı avtomobil ilə Sumqayıtdan Bakı istiqamətində hərəkətdə olarkən O.V. idarə etdiyi maşınla düzgün manevr etməyərək, toz qaldıraraq onun yanından keçib. P.D. da cavab olaraq avtomobilini onun maşınının qarşısına sürüb və onu təhqir edib. Daha sonra əlinin orta barmağını havada aşağı-yuxarı hərəkət etdirərək ona qarşı qeyri-etik hərəkətlər edib. Zərərçəkmiş şəxs P.D-dan şikayətçi olduğunu bildirib.
Məhkəmənin qərarı ilə P.D. 5 gün həbs edilib
Oxşar xəbərlər
Bir sıra heyvan kəsimi və ət satışı məntəqələrində nöqsanlar aşkarlanıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Mingəçevirdə ata narkotik qəbul edərək qızı ilə intim əlaqədə olmaq istədi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rövşanə Ağasəfqızı: Bunu çəkib paylaşanlar cəzalandırılmalıdır
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub













