Azərbaycan səfiri: "Ölkəmiz Küveyt turistləri üçün cəlbedici məkan olaraq qalır"
Azərbaycan Küveyt turistləri üçün birbaşa uçuş imkanları, geniş infrastrukturu və zəngin mədəni irsi ilə cəlbedici məkan olaraq qalır.
"Report" xəbər verir ki, bu barədə Azərbaycanın Küveytdəki səfiri Emil Kərimov yerli mətbuata açıqlamasında bildirib.
"Azərbaycan küveytli turistləri məmnuniyyətlə qarşılayır və onların rahat istirahəti üçün bütün şərait mövcuddur", - deyə o qeyd edib.
Səfir turistlərə Bakının tarixi məkanlarından tutmuş ölkənin müxtəlif şəhərlərindəki turistik obyektlərə qədər geniş imkanlar təqdim edildiyini vurğulayıb, Azərbaycan-Küveyt münasibətlərinin strateji xarakter daşıdığını və bütün sahələrdə sürətlə inkişaf etdiyini bildirib: "İkitərəfli münasibətlərimizdə nəzərəçarpacaq inkişaf müşahidə olunur. Bu ilin əvvəlində iki ölkə arasında siyasi məsləhətləşmələrin birinci raundu keçirilib."
2024-cü ildə Azərbaycana 31 369 min Küveyt vətəndaşı səfər edib. Bu rəqəmin 97 %-i turizm məqsədli olub.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
AMB süni intellektin idarə olunması üçün metodoloji rəhbərlik hazırlayır
-
Hicran Hüseynova: 44 günlük müharibə Azərbaycan analarının verdiyi tərbiyəni göstərdi
-
"Fənərbağça"nın iki futbolçusu "Şaxtyor"la oyunu buraxacaq
-
Zelenski və Madyar qaz və dizel yanacağı təchizatını, birgə layihələri müzakirə ediblər
-
UEFA Çempionlar Liqası: "Qalatasaray" bu gün "Aston Villa"nı qəbul edəcək
-
Hacıqabuldakı ölüm hadisəsi ilə bağlı ADSEA-dan AÇIQLAMA













