Azərbaycan mebel və onun hissələrinin idxalına çəkdiyi xərci 10 %-ə yaxın artırıb
Far.Az xəbər saytı

Azərbaycan mebel və onun hissələrinin idxalına çəkdiyi xərci 10 %-ə yaxın artırıb


Bu ilin yanvar-fevral aylarında Azərbaycan 21 milyon 117,28 min ABŞ dolları dəyərində mebel və onun hissələrini idxal edib.

Far.Az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyon 851,17 min ABŞ dolları və ya 9,6 % çoxdur.

Hesabat dövründə mebel və onun ehtiyat hissələrinin idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,51 %-ni təşkil edib.

Hesabat aylarında Azərbaycan xarici ölkələrlə 8 milyard 904,49 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 4 milyard 766,47 milyon ABŞ dolları ixracın, 4 milyard 138,02 milyon ABŞ dolları isə idxalın payına düşüb.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Biznes məqsədli avtomobillərin idxalında beynəlxalq təcrübə: Azərbaycanda mövcud vəziyyət - ARAŞDIRMA
Azərbaycan qarğıdalı idxalına çəkdiyi xərci 16 %-ə yaxın artırıb
Azərbaycan süd və qaymaq idxalına çəkdiyi xərci 4 %-ə yaxın artırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər