Ekrem İmamoğlunun vəkili Mehmet Pehlivan azadlığa buraxılıb
İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Ekrem İmamoğlunun vəkili Mehmet Pehlivan sərbəst buraxılıb.
Far.Az-in Haber Global-a istinadən verdiyi məlumata görə, İstanbul Respublika Baş Prokurorluğunun Pulların Yuyulmasına Qarşı Mübarizə Bürosu tərəfindən aparılan istintaq çərçivəsində "Cinayət yolu ilə əldə edilmiş əmlak dəyərlərinin leqallaşdırılması" maddəsi üzrə saxlanılan Pehlivanın polis bölməsində dindirilməsi başa çatıb.
Məhkəmə qərarına əsasən, o, xaricə çıxış qadağası ilə məhkəmə nəzarəti tədbiri altında azadlığa buraxılıb.
***10:42
İstanbul Baş Prokurorluğu tərəfindən aparılan araşdırma nəticəsində İstanbul Böyükşəhər Bələdiyyə Başçısı Əkrəm İmamoğlunun vəkili Mehmet Pehlivan barəsində həbs qərarı verilib.
Far.Az dha-ya istinadən xəbər verir ki, o, Türkiyə Cinayət Məcəlləsinin 282-ci maddəsi və 5549 saylı qanun əsasında saxlanılıb.
CHP-nin Yüksək İntizam Komissiyasının sədri və İstanbul millət vəkili Turan Taşkın Özer də sosial media hesabında paylaşım edərək İmamoğlunun vəkilinin həbs olunduğunu təsdiqləyib.
Oxşar xəbərlər
Ekrem İmamoğlu və digər şəxslər həbs ittihamları ilə məhkəməyə aparılıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ekrem İmamoğlu və digər 91 şübhəlinin dindirilməsi başlayıb
İmamoğlunun vəkili Mehmet Pehlivan saxlanılıb
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb
-
NYT: Ağ Evin yeni Aparat rəhbəri Trampı İranla müharibəyə son qoymağa çağırıb
-
Bakı metrosu bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
-
Türkiyədə qanunsuz mərc oyunlarına qarşı əməliyyat zamanı 90 nəfər həbs olunub
-
Azərbaycan neftinin qiyməti 107 dolları ötüb
-
ABŞ-İran münaqişəsinin başlanğıcından bəri Hörmüz boğazında azı 25 dənizçi həlak olub













