Bakıda DƏHŞƏT: Kişi 11 yaşlı qardaşı qızını zorlayıb
Far.Az xəbər saytı

Bakıda DƏHŞƏT: Kişi 11 yaşlı qardaşı qızını zorlayıb


Bakıda kişi qardaşının 11 yaşlı qızını zorlayıb.

Far.Az "musavat.com"a istinadən xəbər verir ki, hadisə rayonlardan birində baş verib.

Bu barədə vəkil Aqil Layıc sosial şəbəkədə məlumat verib.

Azyaşlının atası tez-tez səfərlərdə olduğu üçün övladını məktəbə və hazırlığa aparması barədə taksi fəaliyyəti ilə məşğul olan qardaşı ilə razılaşma əldə edib. Kişi buna görə qardaşına aylıq pul ödəyirmiş.

"Müəyyən müddətdən sonra uşaq dərman içib intihara cəhd edib. Lakin o, həkimlərin müdaxiləsi nəticəsində sağ qalıb. Valideynlər bunun səbəbini soruşanda qız sirrləri açıb danışıb.

Bildirib ki, əmisi müəyyən müddət imiş ki, ona hədə-qorxu gələrək qeyri-təbii yollarla zorlayırmış. Qızı bunu valideynlərinə deyəcəyi təqdirdə onları da öldürəcəyini deyib hədələyirmiş.

Belə olan halda azyaşlı çıxış yolunu intiharda görüb. Məsələ ilə bağlı pokurorluğa məlumat verdik. Əməliyyat keçirildi və pedofil həbs edildi", - vəkil bildirib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Vəkil Günü münasibətilə Vəkillər Kollegiyasının təntənəli tədbiri keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər