"Gənc Qazilər" İctimai Birliyinin sədri həbs edilib - 22 GÜN
Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev barəsində qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə təqdimat daxil olub.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu gün Xətai rayon Məhkəməsində hakim Sülhanə Hacıyevanın sədrliyi ilə keçirilən prosesdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı təmin olunub və Hacı Vəliyev barəsində 22 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) və 186.1-ci (Özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
***11:55
"Gənc Qazilər" İctimai Birliyinin sədri Hacı Vəliyev həbs edilib.
BAKU.WS Gununsesi.info-ya istinadən xəbər verir ki, bu barədə məlumatı onun yaxınları verib.
Məlumata görə, o, dünən gecə saatlarında Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Onun hansı səbəbdən saxlanıldığı hələlik məlum deyil.
Oxşar xəbərlər
Ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib - YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
İxracdan əldə olunan 24 milyon manata yaxın pulu ölkəyə qaytarmayan daha bir qrup şəxs məsuliyyətə cəlb olunub
Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib - YENİLƏNİB
Dövlət satınalmaları qanunvericiliyinin pozulmasına görə sanksiyaların dəyişdirilməsi ilk oxunuşda qəbul edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp İranla münaqişənin tezliklə başa çatacağını bildirsə də, yeni zərbələri istisna etməyib
-
KXDR Hərbi Dəniz Qüvvələrini yeni sürətli torpedalarla təchiz edəcək
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
Mərkəzi Bankın qərarı kredit faizlərinə necə təsir göstərəcək?
-
COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib
-
ABŞ ordusu Ukraynanın dron təcrübəsindən yararlanır













