Azərbaycanın BMT-də çağırışı: İtkin düşənlərin taleyi açıqlanmalı, cinayətkarlar cəzalandırılmalıdır
Azərbaycanın BMT yanında daimi nümayəndəsi Tofiq Musayev BMT Baş Assambleyasında "İtkin düşmüş şəxslər" mövzusunda keçirilən müzakirələrdə çıxış edib.
"Report"un ABŞ bürosunun məlumatına görə, səfir bildirib ki, Azərbaycan 2004-cü ildən bəri konsensus əsasında qəbul edilən və son iki qətnaməsi bu görüşü mandatlaşdıran Baş Assambleyanın ikiillik "İtkin düşmüş şəxslər" qətnaməsinin müəllifi və təşəbbüskarı olmaqdan qürur duyur.
Diplomat qeyd edib ki, 1990-cı illərin əvvəllərindən etibarən Ermənistanın təcavüzü və işğalı nəticəsində 4 000 azərbaycanlı vətəndaş itkin düşüb və onların taleyi hələ də naməlum olaraq qalır.
"Bu məsələ təxirəsalınmaz diqqət və tədbirlər tələb edir. İtkin düşənlər arasında 774 mülki şəxs var ki, onlardan 116-sı qadın, 315-i yaşlı insan, 75-i isə uşaqdır. Bir çox hallarda onlar ailə üzvləri birlikdə yoxa çıxıb ki, bu da nəsillərin məhvinə gətirib çıxarıb. Onlardan bəziləri hətta Beynəlxalq Qırmızı Xaç Komitəsi (ICRC) tərəfindən həbsdə olarkən ziyarət edildikdən sonra naməlum şəraitdə yoxa çıxıb", - T.Musayev vurğulayıb.
O, işğaldan azad edilmiş ərazilərdə aşkarlanmış kütləvi məzarlıqlar barədə də məlumat verib:
"Azərbaycanın işğaldan azad olunmuş tarixi torpaqlarında 23 kütləvi məzarlıq və digər dəfn yerlərində tapılmış 120 nəfərin qalıqları müəyyən edilərək ailələrinə təhvil verilib. Bu məzarlıqlar təkcə itkin düşənlərin taleyini aydınlaşdırmır, həm də mülki şəxslərin və digər şəxslərin qəsdən öldürüldüyünü sübut edir".
Diplomat əlavə edib ki, Azərbaycan itkin düşənlərin axtarışı və identifikasiyası ilə yanaşı, münaqişə zamanı insanlıq əleyhinə törədilmiş cinayətlərin araşdırılması və təqsirkarların cəzalandırılması istiqamətində də qəti addımlar atır.
"Lakin bir çox cinayətkar Ermənistanda və digər ölkələrdə təhlükəsiz sığınacaq taparaq cəzasızlıqdan faydalanmağa davam edir. Onların cinayətlərinin inkar edilməsi və ədalətin qarşısını almaq üçün həyata keçirilən cəhdlər beynəlxalq hüquqa və hüququn aliliyinə açıq hörmətsizlikdir", - Musayev bildirib.
Səfir vurğulayıb ki, qurbanların və onların ailələrinin hüquqları tələb edir ki, itkin düşən şəxslərlə bağlı beynəlxalq öhdəliklər konkret addımlara çevrilsin, cəzasızlığa sıfır tolerantlıq prinsipi tətbiq edilsin və bütün itkin düşənlərin taleyi müəyyən olunsun.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
AMB süni intellektin idarə olunması üçün metodoloji rəhbərlik hazırlayır
-
Hicran Hüseynova: 44 günlük müharibə Azərbaycan analarının verdiyi tərbiyəni göstərdi
-
"Fənərbağça"nın iki futbolçusu "Şaxtyor"la oyunu buraxacaq
-
Zelenski və Madyar qaz və dizel yanacağı təchizatını, birgə layihələri müzakirə ediblər
-
UEFA Çempionlar Liqası: "Qalatasaray" bu gün "Aston Villa"nı qəbul edəcək
-
Hacıqabuldakı ölüm hadisəsi ilə bağlı ADSEA-dan AÇIQLAMA













