Məktəbli qızı aldadıb evinə gətirib - Övladları üçün "bacım uşaqlarıdır" deyib...
Şəmkirdə yetkinlik yaşına çatmayan qızla cinsi əlaqədə olmuş şəxs cinayət məsuliyyətinə cəlb edilib.
Far.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayonun kəndlərindən birində yaşayan 2001-ci il təvəllüdlü Hüseyn İbrahimova (soyad şərti) Cinayət Məcəlləsinin 152-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə iş açılıb.
Araşdırmalar zamanı məlum olub ki, Hüseyn 2020-ci ildə evlənib və 2 azyaşlı övlad var. 2024-cü ilin əvvəlində boşanan oğlan "snapchat" sosial şəbəkəsində Abşeron rayonu Pirəkəşkül qəsəbəsində yaşayan 2009-cu il təvəllüdlü Züleyxa (şərti adlı) ilə tanış olub və aralarında münasibət yaranıb. 10-cu sinif şagirdi olan yeniyetmə qız 2 avqust 2024-cü il tarixdə evdə anası ilə mübahisə edərək mənzili tərk edib. O, Bakıda "Şamaxinka" adlanan yerə gələrək Şəmkirə gedən taksi tapıb və gecə saat 01 radələrində taksi ilə yola düşüb.
Yeniyetmə qız gedərkən "məni yalandan axtarmayın, sevdiyim gəlib məni apardı, axtarsanız da, tapa bilməzsiniz" şəklində məktub yazaraq evə qoyub.
Hüseynin istəyi ilə Şəmkirə gedən qız 3 avqustda onunla görüşərək yaşadığı evə gedib. Burada Hüseyn öz körpə övladlarını bacısının uşaqları kimi qələmə verərək subay olduğunu deyib. Lakin bir müddət sonra Züleyxa uşaqların Hüseynə məxsus olmasını öyrənib və onlara baxmağa razı olub. Hüseynin ailə üzvləri də 15 yaşında olduğunu bildikləri qızı evin gəlini kimi qəbul ediblər.
Lakin yeniyetmənin ailəsinin polisə müraciət etməsindən sonra 10 avqustda onun yeri müəyyən edilib və tapılaraq valideynlərinin yanına qaytarılıb.
15 yaşlı qızla cinsi əlaqədə olmuş Hüseynə isə cinayət işi açılıb və bir neçə gün əvvəl Şəmkir Rayon Məhkəməsinin çıxardığı hökmlə ona 1 il 9 ay həbs cəzası verilib.
Oxşar xəbərlər
Vətən müharibəsinin başlamasından 4 il ötür
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Salyanda 31 yaşlı oğlan məktəbli qızı evinə apardı, təcavüz etdi
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Oğlan yetkinlik yaşına çatmayan sevgilisini kimsəsiz evə apardı - Kürdəmirdə dəhşətli hadisə
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rövşanə Ağasəfqızı: Bunu çəkib paylaşanlar cəzalandırılmalıdır
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır
-
Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub













