Səfərbərlik Xidmətinin Şuşa şöbəsinin həbsdə olan sabiq rəisinə hökm oxunub
Far.Az xəbər saytı

Səfərbərlik Xidmətinin Şuşa şöbəsinin həbsdə olan sabiq rəisinə hökm oxunub


Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa şəhər Şöbəsinin sabiq rəisi polkovnik Seymur Qurbanovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

Far.Az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsində hakim Zaur Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Seymur Qurbanov 4 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq idarəsində istintaq olunan cinayət işi üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa şəhər şöbəsinin sabiq rəisi, polkovnik Seymur Pənah oğlu Qurbanova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq - təkrar törədildikdə), 178.2.3. (dələduzluq - şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 178.2.4. (dələduzluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 311.3.2-ci (rüşvətalma - təkrar törədildikdə) və digər maddələri ilə ittiham elan edilib.

Onun barəsində Bakı Hərbi Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Oxşar xəbərlər

Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Dövlətə məxsus torpaqlarda tikinti aparılmasına görə "icazə verən" FHN-in sabiq şöbə rəisinə hökm oxunub
Dövlət satınalmaları qanunvericiliyinin pozulmasına görə sanksiyaların dəyişdirilməsi ilk oxunuşda qəbul edilib
VII çağırış Milli Məclisin deputatları - SİYAHI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər