Xaricdən avtomobil gətirmək istəyənlərin NƏZƏRİNƏ
Far.Az xəbər saytı

Xaricdən avtomobil gətirmək istəyənlərin NƏZƏRİNƏ


Xaricdən ucuz və sərfəli avtomobil gətirmək adı ilə "TikTok" və "Instagram" sosial şəbəkəsi üzərindən 30-dan çox vətəndaş aldadılıb.

Far.Az Xəzər TV-yə istinadən məlumat verir ki, "Kharabag International Trade" adlı avtomobil şirkəti onların 140 min manata yaxın məbləğdə pullarını mənimsəyib. Belə bir iddia ilə çıxış edən vətəndaşların sözlərinə görə, sənədlərdə adları keçən 3 tanış, şirkətin rəhbəri Nahid Aslansoy, işçilər Mərdan Məmmədəlizadə və Sənan Eminovun dələduzluğu ilə üzləşiblər.

Aldadılan şəxslərin bəziləri artıq hüquq-mühafizə orqanlarına müraciət edib, bəziləri isə hələ də problemin özbaşına həll olunmasını gözləyir. Adı dələduzluq faktında hallanan şəxslərdən biri, Sənan Eminov deyib ki, şikayətçiləri şirkətin rəhbərliyi aldadıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli isə bildirib ki, vətəndaşların hüquqlarının qorunması və pullarının geri qaytarılması istiqamətində hüquqi prosedurlar davam edir.

O da qeyd edilib ki, vətəndaşlar diqqətli olmalı və sərfəli kimi görünən təkliflərə aldanmamalıdırlar.

Ətraflı süjetdə:

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Səbinə Əliyeva: Mina problemi fundamental insan hüquqlarının kobudcasına pozulmasıdır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər