KİV: ABŞ yaxın günlərdə İrana hücumlara hazırlaşır
Far.Az xəbər saytı

KİV: ABŞ yaxın günlərdə İrana hücumlara hazırlaşır


ABŞ administrasiyası və təhlükəsizlik strukturları İrana qarşı mümkün hərbi əməliyyatların yenidən gündəmə gəlməsi ehtimalına hazırlaşır.

Far.Az xarici KİV-ə istinadən xəbər verir ki, Pentaqon və ABŞ kəşfiyyatında çalışan bir sıra rəsmilər yaxın günlərdə vəziyyətin gərginləşə biləcəyini nəzərə alaraq hazırlıq tədbirlərini artırıblar.

Mənbələr bildirir ki, ölkədə 25 may tarixində qeyd olunacaq "Xatirə Günü" münasibətilə planlaşdırılan bəzi istirahət proqramları ləğv edilib. Bunun səbəbi isə Vaşinqtonun İranla bağlı mümkün addımları və regionda yarana biləcək risklərlə əlaqələndirilir.

Qeyd edilir ki, ABŞ tərəfi xaricdə yerləşən hərbi bazalar və diplomatik obyektlərdə çalışan əməkdaşlarla bağlı məlumatları yenidən nəzərdən keçirməyə başlayıb. Bu addımın Yaxın Şərqdə mümkün təhlükələrə qarşı ehtiyat tədbiri kimi atıldığı vurğulanır.

Eyni zamanda, ABŞ rəhbərliyinin İran məsələsində yekun qərar vermədiyi bildirilir. Bununla belə, Vaşinqtonun vəziyyəti yaxından izlədiyi qeyd olunur.

Oxşar xəbərlər

Rəsmilər Şəhidlər xiyabanında
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər