CHP-nin qurultayı ilə bağlı əməliyyat - Saxlanılanlar var
Far.Az xəbər saytı

CHP-nin qurultayı ilə bağlı əməliyyat - Saxlanılanlar var


Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) 38-ci qurultayında nümayəndələrin səsvermə iradəsinə müdaxilə edildiyi iddiaları ilə bağlı aparılan istintaq çərçivəsində 7 vilayətdə əməliyyat həyata keçirilib.

Far.Az "TRT Haber"ə istinadən xəbər verir ki, əməliyyat ümumilikdə İstanbul, Ankara, İzmir, Şanlıurfa, Kahramanmaraş, Kilis və Malatyanı əhatə edib.

Məlumata görə, əməliyyat zamanı 13 nəfər saxlanılıb.

Xatırladaq ki, Ankara Bölgə Ədliyyə Məhkəməsi CHP-nin 4-5 noyabr 2023-cü il tarixlərində keçirilən qurultayının nəticələrini ləğv edib. Bununla da, qəbul edilmiş qərara əsasən, partiyanın sədri Özgür Özel və partiya rəhbərliyi müvəqqəti olaraq vəzifələrindən uzaqlaşdırılıb, CHP-nin sabiq lideri Kamal Kılıçdaroğlu və onun rəhbərliyinin vəzifəsi isə bərpa olunub.

Oxşar xəbərlər

Məşhurlardan 29 Oktyabr – Cümhuriyyət bayramı PAYLAŞIMLARI
CHP-nin nəticələri ləğv edilən qurultayı ilə bağlı əməliyyat: 13 nəfər saxlanılıb
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Türkiyənin ana müxalifət partiyasının son qurultayının nəticələri ləğv edilib, Kılıçdaroğlu yenidən sədr olub
Şəhidlər xiyabanına xalq ziyarəti axşam saatlarında da davam edir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər