Baş idarə əməliyyat keçirib, 20 kq narkotik aşkarlanıb
Far.Az xəbər saytı

Baş idarə əməliyyat keçirib, 20 kq narkotik aşkarlanıb


Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı mübarizə fasiləsiz davam etdirilir.

Bu barədə Far.Az-ə nazirlikdən məlumat verilib.

Bildirilib ki, daxil olan məlumat əsasında paytaxt ərazisində keçirilən əməliyyat zamanı əvvəllər narkotiklərlə əlaqəli cinayətlərlə görə məhkum olunmuş 27 yaşlı Ruslan Nəsirov tutulub. Ondan 20 kiloqram tərkibi zərərli maddələrlə zənginləşdirilmiş marixuana aşkarlanıb.

Saxlanılan şəxs ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə İmişli rayonu ərazisindən götürdüyünü və ayrı-ayrı ünvanlara çatdıraraq maddi gəlir qazanmaq niyyətində olduğunu bildirib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. R.Nəsirov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 

Saxlanılan şəxsin daxil olduğu narkoşəbəkənin digər üzvlərinin də şəxsiyyətlərinin müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb olunmaları istiqamətində əməliyyatlar davam etdirilir.

Oxşar xəbərlər

Bakıda avtomobildə İrandan göndərilən 32 kq narkotik aşkarlanıb
İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunmaqda şübhəli bilinən şəxsdən 50 kiloqram marixuana aşkarlanıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
İran vətəndaşından əldə edilən 41 kiloqram narkotik dövriyyədən çıxarılıb, iki nəfər həbs olunub
Sumqayıtda İran vətəndaşının kuryerliyə cəlb etdiyi şəxsdən 50 kiloqram narkotik aşkarlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər