Sumqayıtda İran vətəndaşının kuryerliyə cəlb etdiyi şəxsdən 50 kiloqram narkotik aşkarlanıb
Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri növbəti tədbir zamanı narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsini təşkil edən əvvəllər dəfələrlə məhkum olunmuş 1988-ci il təvəllüdlü Sakit Musayev saxlanılıb.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, onun üzərindən və evindən ümumilikdə 50 kiloqram heroin, tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana, tiryək və metamfetamin aşkarlanaraq götürülüb:
"S.Musayev narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından əvvəlcədən müəyyən olunmuş yerdən götürərək maddi qazanc müqabilində ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırıb.
İstintaq araşdırmaları zamanı ortaya çıxan sübutlar S.Musayevin narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən şəbəkənin əsas üzvlərindən biri olduğunu təsdiqləyib".
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, məhkəmənin qərarı ilə saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
S.Musayevin üzvü olduğu narkoşəbəkənin digər iştirakçılarının şəxsiyyətlərinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində tədbirlər davam etdirilir.
Oxşar xəbərlər
Qobuda saxlanılan şəxsdən 2 kiloqram narkotik vasitə aşkarlanıb
İran vətəndaşından əldə edilən 41 kiloqram narkotik dövriyyədən çıxarılıb, iki nəfər həbs olunub
Baş İdarə əməliyyat keçirib, 22 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb
Lənkəranda 11 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb
Paytaxtda əməliyyat keçirilib, üç nəfərdə 24 kiloqram narkotik vasitə aşkarlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb - YENİLƏNİB-11
-
Slovakiyada PUA istehsal edən zavodun yandırılmasının qarşısı alınıb
-
UEFA Çempionlar Liqası: "Sabah" - "Hapoel" oyununda ikinci qol vurulub - YENİLƏNİB-2
-
UEFA Çempionlar Liqası: "Sabah" - "Hapoel" oyununda ikinci qol vurulub
-
Salyanda iki avtomobil toqquşub, bir nəfər ölüb
-
"Sabah" UEFA Çempionlar Liqasında əsas mərhələyə vəsiqə qazanıb - YENİLƏNİB-11













