Ödənişli yolda DƏHŞƏTLİ QƏZA - Xəsarət alanların XİLASEDİLMƏ GÖRÜNTÜLƏRİ
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon Bakı-Quba-Rusiya ödənişli avtomobil yolunun Xaçmaz rayonu, Qımılqışlaq kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
BAKU.WS xəbər verir ki, bu barədə FHN-dən bildirilib.
Bildirilib ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Şimal Regional Mərkəzinin xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Mercedes" markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı dərəyə aşıb, maşındakı sürücüsü və sərnişin köməksiz vəziyyətdə qalıb.
Xilasedicilər xüsusi vasitələrdən istifadə etməklə xəsarət alaraq köməksiz vəziyyətdə qalan avtomobilin sürücüsü 1969-cu il təvəllüdlü İlham Yaqub oğlu Ələsgərov və sərnişini 1983-cü il təvəllüdlü Bəhruz Mikayıl oğlu Şirinovu dərinliyi təxminən 12 metr olan dərədən çıxararaq təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Oxşar xəbərlər
Sabirabadda minik və yük avtomobilləri toqquşub, ölən var - YENİLƏNİB
Dövlət qurumlarına məxsus nəqliyyat vasitələri satışa çıxarılır - SİYAHI
Dövlətə məxsus nəqliyyat vasitələri min manatdan başlayan qiymətlərlə satışa çıxarılır
Müdafiə Nazirliyi: Tovuzda yol qəzasında ölənlərdən beşi hərbçidir - YENİLƏNİB-2
Şuşa-Laçın avtomobil yolunda qəza olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
AFFA Region Liqasına yeni formatda start verilib
-
Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub













